Dərbənd şəhərində azərbaycanlı yazıçıların növbəti toplantısı keçirilib. «Gülüstan» Beynəlxalq ədiblər ittifaqının prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahir Saleh tədbirdə çıxış edərək Dağıstan xalqlarının dilində çıxan «Gülüstan» ədəbi qəzetinin nəşrinin bərpa olunacağını bildirib.
T.Saleh həmçinin Dağıstanda yaşayan gənc şairlərin kitablarının Azərbaycan dilində dərci məsələsinə də toxunub.
APA