Gənc Tamaşaçılar Teatrından yeni layihə-“Eşqi-Nigar”
15.9.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə üzərində yaradıcılıq prosesinə başlanılıb. Teatrın Bakı Yunis Əmrə İnstitutu ilə birgə reallaşdırdığı layihə “Eşqi – Nigar” adlanır.

Teatrdan bildirilib ki, əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirmə müəllifi Amaliya Ömərova, baletmeyster Ceyhun Dadaşovdur.

Səhnə sərində əsas obrazları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, İlham Əsədov, Vahid Orucoğlu və başqaları ifa edəcək. Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Sözügedən layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaq. Sonrakı nümayişlər isə Türkiyə Cümhuriyyətinin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur.

azertag.az