Daha telefonları "toka" qoşmaq lazım olmayacaq
22.11.2012

Amerikalı alimlər bahalı olmayan, lakin çox effektli nanogenerator hazırlayıblar. Bu generator vasitəsi ilə cüzi mexaniki hərəkət də enerji yaranmasına səbəb olacaq.

Qurğunu Corciya Texnologiyalar İnstitutunun alimləri hazırlayıblar. Onlar hesab edirlər ki, bu generatorları tək telefonlardan deyil, başqa sahələrdə də istifadə etmək olar. Belə ki, gəzərkən və ya hərəkət edərkən yaranmış artıq enerjini implant orqanları və insana tələb olunan digər tibbi elektronikanı da enerji ilə təmin etmək olar.

İnstitutun materialşünaslıq institutunun professoru Şonq Lin Vanq bu işin üzərində uzun müddət işləyib. Vanqın hazırladığı nanogenerator vasitəsi ilə 10%-dən 15%-ə qədər mexaniki hərəkət elektrik enerjisinə çevrilə bilir. Gələcəkdə faydalı iş əmsalını 40%-ə qədər çatdırmaq mümkün olacaq.

Milli.Az