Məşhur müğənni Toni Brekston (Toni Braxton) Bakıda Heydər Əliyev Sarayında konsert verəcək.
Heydər Əliyev Sarayından verilən məlumata görə, 6 dəfə “Grammy” mükafatı laureatı, dünya şöhrətli müğənni Bakıda iki gün - dekabrın 17-si və 18-də səhnəyə çıxacaq. Konsertin biletləri artıq satışa çıxarılıb, biletlərin qiyməti 40-1000 manat arasındadır.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində keçiriləcək.
APA