Dubayda 35 maşının iştirakı ilə zəncirvari qəza
19.10.2011

Dubayda 35 avtomobilin iştirakı ilə qəza baş verib. Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Avtomobillərin bir-birinə çırpılmasına güclü duman səbəb olub. Xoşbəxtlikdən qəza təlafatsız ötüşüb.
Xatırladaq ki, bu ilin aprelində Dubayda güclü duman 127 avtomobilin bir-birinə çırpılmasına səbəb olmuşdu. O zaman 1 nəfər dünyasını dəyişmişdi.