“İrəli” İctimai Birliyinin üzvləri ilə fərdi qaydada görüşlər davam etdirilir
19.9.2017

“İrəli” İctimai Birliyinin həyata keçirdiyi layihələr, tədbirlər, dil kursları, təcrübə proqramları və digər fəaliyyətlər haqqında gənclərin daha çox məlumatlandırılması məqsədilə həftə sonlarında fərdi görüşlər keçirilir.

İctimai Birlikdən bildirilib ki, görüşlərdə gənclərin fikir və təkliflərinin dinlənilməsi, onların təşəbbüslərinin qiymətləndirilməsi diqqət mərkəzində saxlanılır, mövcud planlar haqqında ətraflı məlumat verilir. Belə görüşlər təşkilat üzvlərinin bir çox imkanlardan faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Birliyin sədri Mirhəsən Seyidov görüşlərdə fəal iştirak edərək gənclərin mütəmadi qaydada məlumatlandırılmasının vacibliyini bildirib. O, Azərbaycan dövləti tərəfindən gənclərə böyük önəm verildiyini qeyd edərək, “İrəli”nin də bu istiqamətdə mühüm layihələr həyata keçirdiyini vurğulayıb.

azertag.az