Gündə bir avokado yeməyin qan xərçəngi ilə mübarizədə effektiv nəticə verə biləcəyi açıqlanıb.
Kanadalı elm adamları avokadonun tərkibindəki yağ molekulunun ölümcül qan xərçəngi növü olan kəskin mieloid leykozuna səbəb olan kök hüceyrələrini hədəf aldığını aşkarlayıblar.
Xəstələrdə ağ qan hüceyrələrindən olan qranulositlər və monositlərin “partladıcı” adı verilən qabaqlayıcı hüceyrələrinin yetişmə vaxtının pozulmasına diqqət çəkən alimlər avokadodakı avokatin B molekulunun həmin prosesi dayandıra bildiyini söyləyiblər.
Tədqiqatçılar avokadotərkibli dərmanın hazırlanmasının xəstələrin həyat keyfiyyətini artmasına səbəb olacağını bildiriblər.
azertag.az