Bakı və Abşeron yarımadasında noyabrın 23-dən 24-nə keçən gecə yarımadanın bəzi yerlərində hava şəraitinin çiskinli olacağı ehtimalı var.
Noyabrın 24-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 24-də bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 24-25-də ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Havanın temperaturu noyabr ayının iqlim norması daxilində olacaq. Mülayim şərq küləyi əsəcək.
APA