Azərbaycan Kiyevdə biznes forumunda iştirak edəcək
23.11.2012

Azərbaycan "Export-İmport FMCG Food & Drink" beynəlxalq biznes forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Tədbir bu il dekabrın 15-də Kiyev şəhərində yerləşən GUAM-ın Katibliyində sözügedən təşkilata üzv dövlətlərin (Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) nümayəndələrinin iştirakı ilə keçiriləcək.

trend.az