Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində fortepiano musiqisi axşamı olacaq.
Muğam Mərkəzindən bildirilib ki, gecədə UNESCO-nun “Sülh artisti”, tanınmış gürcü caz ifaçısı Eliso Bolkvadze pianoda çıxış edəcək.
Konsertdə L.V.Bethoven, F.Şubert, F.Şopen, K.Debüssi, S.Prokofyev və Q.Qarayevin əsərləri səsləndiriləcək.
Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
azertag.az