"118 Məlumat Sorğu Xidməti" istifadəçilərinə yeni xidmətlərini yalnız sıravi istifadəçilərinə deyil, korporativ müştərilər üçün də təklif etməkdədir. Artıq "118 Xidməti" biznes qurumlarına "Bulk SMS xidməti"ni təklif edir.
Bulk SMS xidməti - İnternet səhifəsi üzərindən minlərcə abonentin birbaşa mobil telefonlarına bir an içində qısa mesaj vasitəsi ilə hər hansı bir elanı, kampanya və endirim haqda məlumatları şirkət adından çatdırma imkanı deməkdir. Sizdə olan yeniliklər, kampaniyalar, həmçinin ödəmələr, eləcə də konfrans və tədbirlərə dəvətlə əlaqədar məlumatı müştəriləriniz və ya əməkdaşlıq etdiyiniz şəxslərin mobil telefonlarına SMS vasitəsi ilə çatdırılması imkanını əldə edəcəksiniz.
Bulk SMS Xidməti vasitəsi ilə mesajınız yalnız tələb olunan təbəqə insanlara çatdırılacaq. İstifadədə asan olan bu xidmətlə biznes qurumlarına müştəri və müştəri qruplarına ucuz və tez çatma, bir an içində istənilən sayda şəxsləndirilmiş mesajlar, flash SMS göndərə bilmə imkanı təqdim olunur.
Xidmət haqda daha geniş məlumat "118 Məlumat Sorğu Xidməti" -dən əldə oluna bilər.
trend.az