"Azercell"in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!
Şirkət öz ənənəsinə sadiq qalaraq, bu il də ən istedadlı tələbələrə yeni imkanlar təqdim etməkdə davam edir.
"Azercell"dən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə ölkənin lider mobil operatoru "Azercell Telekom2 sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüd Proqramına start verir. Bu əhəmiyyətli proqramı həyata keçirməklə "Azercell" şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmağı məqsəd tutur.
Proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Lakin "Azercell"in istedadlı tələbələr üçün təqdim etdiyi üstünlüklər yalnız təqaüdlə bitmir. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.
Bu il Tələbə Təqaüdü Proqramı Bakı və Bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcək. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.
Müraciətlərin son qəbul tarixi - 2017-cı il, 15 oktyabrdır.
"Azercell" şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Tələbə Təqaüdü proqramı "Azercell" şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətinin vacib tərkib hissəsi olaraq gələcək nəslin inkişafı və rahat şəkildə təhsil almasında əhəmiyyətli rol oynayır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
trend