Türkiyə 2014-cü ildə «Türkkuşu» təyyarələrinin istehsalına başlayır
23.11.2012

Türkiyənin istehsal etdiyi ilk təyyarə «Türkkuşu» adını daşıyacaq.
Sözügedən təyyarənin istehsalı artıq bir neçə ildir planlaşdırılır. Təyyarənin adını müsabiqə nəticəsində seçilib ki, 6 ay davam edən müsabiqə zamanı hər bir şəxs istədiyi adı təklif edə bilərdi. Daha sonra isə səsvermə nəticəsində təyyarənin adı seçilib.
Qeyd edək ki, «Türkkuşu» təyyarəsinin istehsalı 2014-cü ildə başa çatacaq və elə həmin il təyyarə istismara veriləcək.

APA