Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq
20.9.2017

Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Koreya səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaq.

Səfirlikdən verilən məlumata görə, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

Tədbirin Programı:

Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.
Koreyanın milli çay mədəniyyətinin nümayişi.

Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:

İçkilər və Çay: Zəngçiçəyi armud şirəsi, innab Çayı, sitron çayı, omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.
Spirtli içkilər: Sitron ətirli socu (Koreyanın milli şərabı), makgeoli (düyüdən hazırlanmış milli likyor),liqanqju.
Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıd, buğda unundan hazırlanmış Koreya milli ballı peçenyeləri, düyü unundan hazırlanmış Koreya şirniyyatları.

trend