Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı
internetdən istifadə edə biləcəklər. Bunu Təhsil Nazirliyi yanında
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir
Məmmədov bildirib.
Onun sözlərinə görə, netbuklar "Elektron məktəb" layihəsi rəhbərliyinin
qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. 2010-2011-ci
illərdə şagirdlərə 2000-dən artıq netbuk verilib.
Nazirlik yaxın bir ay ərzində netbukları olan bu şagirdlərə internetdən
pulsuz istifadə üçün xüsusi flaş kartlar da verəcək və şagirdlər evdə
yalnız filtrasiya sistemli internetdən istifadə edəcəklər.