Azərbaycan bu zavoddan illik 800 milyon dollar gəlir götürə bilər
20.9.2017

Azərbaycan iqtisadiyyatının Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən tikilən “Star” neft emalı zavodunun fəaliyyətindən illik gəliri işə düşdükdən sonrakı beş il ərzində 800 milyon dollardan çox təşkil edəcək.

Bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, növbəti on il ərzində isə gəlirlər 600-650 milyon dollardan çox olacaq.

SOCAR prezidenti deyib: “Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyənin “Petkim” negt-kimya kompleksini nafta ilə təchiz edəcək”.

trend