Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək
22.9.2017

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.
Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.
Avropa çempionatı
I tur
22 sentyabr
A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası
B qrupu
18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı
C qrupu
15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası
D qrupu
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi

report.az