Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".
report.az