"AtaBank"ın müştəriləri ödənişsiz göz müayinəsindən keçiblər
22.9.2017

“AtaBank” ASC-nin 500-ə yaxın müştərisi Korporativ Sosial Məsuliyyət çərçivəsində keçirilən kampaniyada ödənişsiz göz müayinəsindən keçib.

Bankdan verilən məlumata görə, layihə çərçivəsində müştərilər 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə ediblər.

Layihə Qurban Bayramı tətilindən sonra başlayıb və növbəli şəkildə Bankın Dostluq və Nərimanov filiallarında həyata keçirilib.

Layihə müddətində müayinədən keçməyən müştərilər istənilən vaxt klinikada 15% endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan "AtaBank" müştəriləri Dünyagöz Xəstəxanasından 10% endirim əldə edə bilərlər. Bunun üçün ödənişi sadəcə "AtaBank"ın Visa və ya MasterCard plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

“AtaBank” ASC korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir.

trend.az