Xuraman Şuşalı narkotikə “yox” deyəcək
26.11.2012

Müğənni Xuraman Şuşalı dekabrın14-də Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva ilə eyni səhnəni paylaşacaq.

Konsertin təşkilatçısı Samir Xattabın dediyinə görə, layihə “Narkotikə yox deyək!” adı altında keçiriləcək.

“Marina özü dekabrın 12-də Bakıya gələcək. Onun burada klipinin çəkilişini təşkil etmişəm. Klipin rejissoru Vüqar Vaqifoğludur. Bu klip məndən Marinaya hədiyyə olacaq. Konsertimizə gəldikdə isə həm Xuramandan, həm də Marinadan super performans görəcəksiniz”.

S.Xəttabın sözlərinə görə, konsertdə həmçinin digər müğənnilər də iştirak edəcək. Hamı birlikdə “Narkotikə yox!” deyəcək.

“Digər tədbirlərimdən fərqli olaraq bu konsert saat 17:00-da başlayacaq. Çünki hər zaman mənə gileylənirdilər ki, təşkilatçılıq etdiyim tədbirlər gec başlayır və bir çoxu təyin olunmuş vaxtda gələ bilmir. Ona görə də konsertin vaxtını dəyişdirməyi qərara aldım”.


Gün.Az