Günün qoroskopu
26.11.2012

Qoç - bu gün bütün işlərdə maksimum dərəcədə ehtiyatlı olun. Ciddi səhvlər, itkilər, yanlışlıqlar ola bilər ki, onların nəticələrinin aradan qaldırılması sonradan xeyli vaxt tələb edər.

Nəyi nə zaman, necə etməyi özünüz müəyyənləşdirin və bu zaman tələskənliyə yol verməyin.
Uğur qazanacağınızı, bəxtin üzünüzə güləcəyini düşünərək emosiyaların əsiri olmayın. Düşünməyin ki, qəfil və emosional addımı atandan sonra hər şey normal qala bilər.
Müstəqil çalışmağa can atmayın. Belədə ən yaxın dostlarınızla dil tapmaya bilərsiniz.

Bu gün "Gregorian" qrupunun "Moment Of Peace" ifası stilində olacaq.

Yaranmış situasiyaya yenidən baxmaq məcburiyyəti yaradacaq informasiya ala bilərsiniz.
Çoxdan sizi narahat edən problemi bir daha nəzərdən keçirin, düşünün, təhlil edin.

Buğa - Enyanın ifasında "Only Time"ı yəqin ki, dinləyibsiniz. Bu gün həmin mahnı stilindədir.

Mənfi təsirlərdən və pis təmayüllərdən tam qorunmaq mümkün olmayacaq. Ona görə də yad təsirlərin fəsadlarını azaltmaq üçün rəğbət bəsləmədiyiniz insanlarla təmasları və əlaqələri minimuma endirin. Onlara bu qərarınızın səbəbini açıqlamayın.

Bütün müzakirə, danışıq və söhbətlərdə hissiyatınıza güvənin. Qəlbinizin səsinə qulaq asın.
Səfərə yollanmaq, şəraiti dəyişmək olar. Daha köklü dəyişikliklər də mümkündür.
Qeyri-adi təklifin alınması istisna deyil. Düşünüb-daşınandan sonra həmin təklifi qəbul edə bilərsiniz.

Əkizlər - bu gün çox faydalı olmasa da, maraqlı işlərə başlamaq üçün yararlıdır. Mübahisələr və ya müzakirələr zamanı konstruktiv məcradan kənara çıxmayaraq tərəflərin hamısını razı salacaq həll variantı tapmağa can atın.

İşdə təkbaşına çalışa bilərsiniz. Fəqət, eyni uğurla kollektivlə birlikdə də işləyə bilərsiniz.
Yeni təşəbbüs üçün əla gündür.
Şadenin ifasında "Skin" mahnısını dinləsəniz, pis olmaz.

Yeni təşəbbüs və layihənizi dostlarınız, sizə əziz insanlar dəstəkləyəcəklər.
Şou-biznesdəsinizsə, sizi möhtəşəm uğur gözləyir.
Axşam saatlarına yaxın anlayacaqsınız ki, gününüz əla keçib.

Xərçəng - təmaslar və əlaqələrdə soyuqqanlı, praktiki, rasional olun. Sətiraltı mənaları anlayın, ətrafınızdakı insanların sizdən nə gizlətməyə çalışdıqlarını müəyyənləşdirməyə cəhd göstərin.
Fransanın sabiq prezidenti Nikolya Sarkozinin xanımı Karla Bruninin bir vaxt oxuduğu "Quelqu'un m'a dit" günün ritmidir.

Bədxahlarınızdan da öz maraqlarınız üçün istifadə edin və qoy onlar niyyətlərinizdən bixəbər qalsınlar.
Gün səfər və gəzintilər üçün, əvvəlcədən planlaşdırılmamış işlər üçün sərfəlidir.
Yeni təəssüratlarınız pis olmayacaq.

Axşam saatlarında anlayacaqsınız ki, həyatdan kam almaq üçün nə etmək gərəkdir.
Bu gün yaradıcı potensialınız çox yüksəkdir.

Şir - bu gün sanki sizin irəliləyişiniz, uğurunuz, hamıdan fərqlənməyiniz, istedad və bacarıqlarınızı nümayiş etdirməyiniz, bədxahlarınızı pərişan vəziyyətə salmağınız üçündür.

Səhər saatlarında işə başlamazdan əvvəl Amy Macdonald-ın ifasında "This İs The Life"ı dinləyin.
Bu gün tanımadığınız insanlar sizinlə ünsiyyətdə olmağa çalışacaqlar.

İndiyədək sizdən uzaq durmağa can atanları təsir orbitinizə daxil edin.
Amma ifrat sadəlövh olmayın, hər deyilən sözə inanmayın.
Sizi əks cinsin mənsubu tora salmaq, aldatmağa çalışacaq.

Pullarla ehtiyatlı olun. Sonucu düşünmədən bədxərclik etməyin.
Ekstravaqant əşya, geyim, qeyri-adi bəzək və ya qacet almağa dəyməz.

Qız - çalışın ki, bu gün əhvalınız Francis Goya-nın "Still Got The Blues" mahnısı ritmində olun. Anlaşma, sövdələşmə, iri məbləğli işlər üçün əlverişli gündür. Almaq, satmaq, kirayəyə vermək olar.
İş yerini dəyişməklə bağlı maraqlı təkliflər səslənə bilər. Həmin təklifi dəyərləndirməyə tələsməyin: yeni iş yerində hər şey vəd edilən təki deyil.

İstənilən formada və məqsəddə görüşləri günün ikinci yarısına təyin edin. Bu, sizin üçün ünsiyyət, alınan informasiya və məlumatların müzakirə olunması baxımından əlverişli zamandır.

Evdə məişət əşyalarından və ya texnikadan biri sıradan çıxa bilər.

Tərəzi - çox məhsuldar gündür. Ehtiyac yaranan yerdə və anlarda inadkar, qətiyyətli, əzmkar olun. Belə davransanız, məqbul nəticələr əldə edə bilərsiniz.

Günün "hədiyyə" etdiyi bütün işlərin öhdəsindən gəlməyə çalışın. Gün çox gərgin keçsə də, yorulduğunuzu bəhanə edərək kənara çəkilməyin.

Billy Joel-in ifasında "Tell Her About It"i dinləməyiniz məsləhətdir.
Günün ikinci yarısında günün özü tempini aşağı salacaq və bir qədər rahat nəfəs ala biləcəksiniz.

Romantik münasibətlərdə təşəbbüskar olun. Lakin ifrata varmayın - bu, sevdiyiniz insanı qıcıqlandıra bilər.
Ailə həyatı, ümumi büdcə ilə bağlı məsələlərin müzakirəsi üçün düşərli gündür.

Əqrəb - çox məhsuldar gün olacaq. Yarana biləcək çətinliklərə rəğmən, başladığınız işi yarımçıq qoymayın, yolunuzdan çəkilməyin, məqsəddən əl çəkməyin.

Uğur şansı yüksəkdir. Nailiyyətə sahib olmaq üçün bədxahlarınızı üstələməlisiniz. Amma onlar da passiv deyillər: hər vəchlə sizə mane olmağa çalışacaqlar.

Günün ikinci yarısında gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.
Borc alıbsınızsa, o məbləğ yada salınacaq. Yox, əgər borc veribsinizsə, həmin məbləği unutmağa çalışacaqlar.
Axşam saatlarında vaxtınızı sizə yaxın insanlara həsr edin.
Eyni zamanda, gecə saatlarında qısa müddətə də olsa, sosial şəbəkələrə göz ata bilərsiniz.

Oxatan - səhər saatları üçün ciddi və önəmli heç bir iş planlaşdırmayın. Mürəkkəb, birmənalı olmayan dönəmdir. Ən asan işi belə, başa vurmaq, sadə təsir bağışlayan problemi çözmək və arzu edilən nəticəyə çatmaq asan olmayacaq.

Günün emosional fonu stabil deyil. Qıcıqlanmayın, münaqişənin başlanmasına rəvac verməyin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq, işlər qaydasına düşəcək, hər şey adi məcrada olacaq.
İşdə və ya evdəki münasibətlərdə səmimiyyətlə mehribanlıq bərqərar olacaq.

Axşam saatlarında xoş xəbər ala bilərsiniz.

Oğlaq - yaxın ətrafınızdakı insanlara çox tələbkar olmayın. Başqalarının zəiflikləri və nöqsanlarına həddən ziyadə ciddi yanaşmasanız, mübahisələr də yaranmaz.

Tənqidlərə sərt reaksiya verməyin, soyuqqanlı olun.
Sizi tənqid edənlər istəkləriniz və motivasiyasınızı, məqsədinizi anlamırlar.

O adamları başa salmağa, planlarınızı anlatmağa çalışın. Belədə, yanlış yolda olmadığınız anlaşılacaq.

Dəvət olunduğunuz yerə baş çəkmək üçün yaxşı gündür. Yeni tanışlıqlar istisna deyil.
Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Kim bilir - bəlkə də özünüzə etibarlı köməkçi və ya nüfuzlu, imkanlı hami tapa bilərsiniz.

Dolça - bu gün yalnız özünüzü, öz maraq və mənafelərinizi yox, həm də yaxın ətrafınızdakı insanların rifahını düşünün. Onlar belə davranışınızını dəyərləndirəcəklər.

Bu gün başqaları üçün etdiyiniz bütün yaxşı işlər sonradan sizə qat-qat böyük həcmdə qayıdacaq.

Çoxdan bəri sizi narahat edən problem, ya da anlaşılmazlığa bu gün çarə tapıla bilər.
İncikliyin aradan qalxması, kəsilmiş münasibətlərin bərpası mümkündür.

Alış-veriş üçün yaxşı gündür. Həyatınızda dəyişikliklərə xırdalıqlardan başlayın. Sonradan dəyişikliklərin keyfiyyəti elə həddə çatacaq ki, onları görməmək mümkün olmayacaq.

Balıqlar - peşə fəaliyyəti və yaradıcılıq baxımından uğurlu gündür. Yaranan imkanlardan maksimum istifadə etməyə çalışın.
Uzunmüddətli, genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında məhsuldarlıq və iş qabiliyyətiniz bir qədər aşağı düşəcək.

Qeyri-standart həllərə əl atın. Başqaları yorulanda siz irəliləyin. Təbii, yorğunsunuz, amma bunu büruzə verməyin.

Problemləriniz barədə dost bildiyiniz adamlardan birinə danışmayın: o şəxsi sizə verdiyi çoxsaylı suallardan müəyyənləşdirəcəksiniz.

Axşam saatlarında günü təhlil edin və yol verdiyiniz səhvlərin səbəblərini anlamağa çalışın.

Milli.Az