Azərbaycan və Ukrayna arasında yeni aviareysin açılmasına dair danışıqlar aparılır.
Artıq qış mövsümü ərzində «Xarkov» hava limanının cədvəlində Xarkov-Bakı aviareysi yer ala bilər. Hazırda Azərbaycan və Ukrayna arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparıllsmsys «Azərbaycan Hava Yolları» QSC (AZAL) də təsdiqləyib.
Bundan başqa, «Xarkov» aeroportundan Krakov (Polşa), Xurqada və Şarm-əl-Şeyx (hər ikisi Misir) kimi şəhərlərə uçuşlara başlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan və Ukrayna arasında Bakı-Kiyev və Bakı-Donetsk aviareysləri yerinə yetirilir. Bundan başqa, yay mövsümündə Bakıdan Ukraynanın Lvov, Simferopol, Odessa və Krım şəhərlərinə də uçuşlar yerinə yetirilir.
Xatırladaq ki, hazırda Bakı ilə Xarkovu dəmir yolu birləşdirir. Belə ki, hər həftənin V günləri sərnişin qatarı Bakı-Xarkov marşrutu ilə yola düşür.
APA