Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək
26.9.2017

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi London Parlamentində nümayiş etdiriləcək.
Filmin nümayişi 17 oktyabr tarixində Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menziesin himayəsi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan, Rusiya və ABŞ-ın arxiv materialları əsasında 2015-ci ildə hazırlanmış film sovet ordusunun qələbəsində Azərbaycanın rolunu işıqlandırır. Filmdə almanların əsas məqsədlərinin sovet ordusunu enerji ilə təmin edən Bakını ələ keçirmək olduğu göstərilir. Film II Dünya müharibəsində Azərbaycanın rolu, Azərbaycan xalqının sovet ordusu tərkibində şücaəti və Fransa Müqavimət Hərəkatındakı qəhrəmanlıqları haqqında ətraflı məlumat verir.

report.az