Xəyyam Nisanovun “Solo” konserti daha 1 gün artırılacaq
27.11.2012

Müğənni Xəyyam Nisanovun dekabrın ilk günündə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəyi haqda məlumat vermişdik.

Müğənninin açıqlamasında konsert biletlərinin satıldığını bildirib.

“Məsələ burasındadır ki, sponsor, təşkilatçılar, efir və mətbuat dostlarına, qohum və əzizlərə, həmkarlarıma ümumi 800-ə yaxın bilet nəzərdə tutmuşduq. Lakin kassalarda satış intensivliyi imkan vermədi ki, biz bir qismini dəvətnamə edib paylaya bilək. Artıq biletlər satılıb və hələ də tələbat var, insanlar bilet axtarır. Güman ki, daha 1 gün əlavə etməli olacağıq”.

Xatırladaq ki, X.Nisanovun “Solo” adlı konserti dekabrın 1-də Heydər Əliyev Sarayında olacaq.


Gün.Az