“Apple” şirkəti “Samsung” şirkəti ilə “iPad” planşetləri və “Macbook” noutbukları üçün batareyaların istehsalı sahəsində əməkdaşlıqdan imtina edib və bu işi Çin istehsalçıları “Amperex Technology Limited” və “Tianjin Lishen Battery” zavodlarına verib.
Bu barədə Çin nəşriyyatı “Chine Business News” məlumat yayıb.
Nəşriyyat sifarişlərin dəyişdirilməsini “Samsung SDI”-nin batareyaların tədarükünü tamamilə dayandırması ilə əlaqələndirib.
Tədarükün dayandırılmasının səbəbləri açıqlanmayıb. “Samsung” və “Apple” şirkətlərinin nümayəndələri bu məlumata hələlik şərh bildirməyiblər.
Gün.Az