Almaniya orkestri Bakı Musiqi Akademiyasında çıxış edib
28.9.2017

Sentyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Münxen Yeni Filarmonik Orkestri və “Baku Chamber Orchestra” konsert proqramı ilə çıxış edib.

BMA-dan bildirilib ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə gerçəkləşib. Əməkdar Artist Fuad İbrahimovun bədii rəhbərliyi ilə müşayiət olunan konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

azertag.az