Musiqili Teatrda “Silva” operettası nümayiş olunacaq
28.9.2017

Sentyabrın 29-da Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar Artist Boris Qrafkinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq.

Yubilyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandıracaq. Səhnə əsəri Əməkdar Artist Boris Lukinskinin quruluşunda təqdim ediləcək.

azertag.az