Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Əfəndiyev Toğrul Rasim oğlu
Əsədova Xədicə Vəli qızı
Həbibova Sevda Nürəddin qızı
Məlikova Əminə Zakir qızı
Nuriyeva Mehriban Qulam qızı.
trend.az