Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalının birgə təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib.
Mərkəzdən verilən məlumata görə, Məmmədəli Sailin yaradıcılığı haqqında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi, xanəndə Aqil Məlikov və oğlu İlqar Sail tamaşaçılara bəhs ediblər.
Gecə sənətkarın “Kor ərəbin mahnısı” nın video görüntüsü nümayiş olunub. Daha sonra Səbuhi İbayev, Rəvanə Qurbanova, Məmməd Nəcəfov, Nuriyyə Hüseynova, Hüseyn Məlikov və Simarə İmanovanın ifasında sənətkarın qəzəlləri səsləndirilib.
Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edib. Ansamblının bədii rəhbəri - Rövşən Qurbanovdur. Kamançada - Xəyyam Məmmədov, Qanunda respublikanın əməkdar artisti - Təranə Əliyeva, Qarmonda - Anar Niftullayev, Pianoda - Oruc Orucov, Nağarada - Amil Mustafayev, Qoşa nağarada - Eldəniz Abdullayev, Udda - Əmrah Orucov, Bas tarda - Kamran Novruzov ifa edib.
Gecə tamaşaçıların gur alqışları ilə başa çatıb.
Məmmədəli Əliyev 1936-cı ildə Bakıda anadan olub. Məktəbdə oxuyarkən Məmmədəlinin gözəl səsə sahib olduğu görünür və bütün məktəbin tədbirlərində onun oxuması istənilirş hətta Əhməd Bakıxanovda gələcəkdə ondan gözəl xanəndə olacağını deyib.
Məmmədəli “Sail” (dərdli avara) təxəllüsü ilə şerlər yazardı. 1945 ci ildə cəbhədən yaralanaraq geri dönən Məmmdəli Milli dram teatrında işləməyə başlayır. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən... Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!
Sonralar Kor Ərəbin mahnısı kino lentə çəkilir və Məmmədəli Sail bu mahnının ilk ifaçısı kimi tarixə düşür.
trend.az