Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.
1. Karotinlərlə (orqanizmdə A vitamininə çevrilir) zəngin olan balqabaq dərinin vəziyyətini yaxşılaşdırır, dərini cavan saxlayır, görməyə müsbət təsir edir, orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır.
2. Balqabaq dəmir və mislə zəngindir. Bu 2 mineral qan üçün xüsusilə vacibdir. Balqabaq qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır.
3. Balqabaq azkalorili tərəvəzdir. 100 qr balqabaq ətində yalnız 20 kalori var. Qidalı liflərlə zəngin olduğundan balqabaq tez toxluq hissi yaradır və insanı uzun müddət tox saxlayır. Balqabağın bu xüsusiyyətindən arıqlamaq istəyənlər istifadə edə bilərlər.
4. Qidalı liflərlə zəngin olan balqabaq həmçinin bağırsaqlar üçün çox faydalıdır - bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, bağırsaq xərçənginin riskini azaldır.
5. Kaliumla zəngin olan balqabaq ürək-damar sistemi üçün çox faydalıdır - damarların sağlamlığını qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi tənzimləyir, qanda xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının riskini azaldır.
6. Balqabaq sidikqovucu təsir edir.
7. Yumşaq ödqovucu təsirə malik olan balqabaq qaraciyər və öd kisəsi üçün ən faydalı məhsullardan biridir.
8. Balqabaq kişilər üçün çox faydalıdır. Balqabağın əti və tumları kişilərdə prostat vəzi xəstəliklərinin riskini azaldır.
9. Balqabaq və xüsusilə balqabaq şirəsi sinir sisteminə sakitləşdirici təsir edir, yuxunu yaxşılaşdırır.
10. Balqabaq tumları tanınmış qurdqovucu vasitədir.
saglamolun.az