Bakıda yeni idman mərkəzi açılacaq - FOTO
27.11.2012

Bakının Nəsimi rayonunda iki yeni obyekt tikilir. Bu barədə Day.Az saytına Nəsimi Rayon İcra Hakimiyyətindən bildiriblər.

Obyektlər 4-cü mikrorayonda, 20 Yanvar küçəsində tikilir. İdman obyektində futbol və basketbol oyunları üçün şərait yaradılıb.

Bundan başqa, obyektin yanında park da salınacaq, həmin parkda fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. Tikinti işləri yekun mərhələsindədir. Obyektlər ilin sonuna qədər istifadəyə veriləcək.

Milli.Az