Azərbaycan-Rusiya birgə layihəsi olan “Hayat Pharm” birinci əczaçılıq zavodunun tikintisi 2019-cu ilədək başa çatacaq.
Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” MMC arasında anlaşma memorandumunun imzalanma mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, zavodun tikintisinə 74 milyon dollar investisiya qoyulub:
“Layihə mərhələli şəkildə reallaşdırılacaq. Fikrimcə, zavod 2019-cu ildə fəaliyyətə başlayacaq”.
O qeyd edib ki, zavod tam istehsalat gücünə 2020-ci ildə çatmağı planlaşdırır:
“Ümumilikdə müəssisədə 89 növ dərman vasitəsi istehsal ediləcək. Zavodun gücü ildə 22,5 milyon qablaşdırma qutusu və ya 500 milyon həb və kapsul təşkil edəcək”.
trend.az