Bakıda italyan dili qlobal aksiyası çərçivəsində "İtalyan dili həftəsi" təşkil olunacaq.
İtaliyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbir oktyabrın 16-dan 23-dək keçiriləcək.
Tədbirlərdə konsertlər, master-klasslar və filmlərin nümayişi olacaq.
Tədbirin xüsusi qonağı italiya ssenarist Françesko Brunidir.
Qeyd edək ki, "İtalyan dili həftəsi" 2001-ci ildən bəri hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.
report.az