40 dərəcədə əriməyən şokolad
27.11.2012

İngiltərədə bir şokolad firması istidə əriməyən şokoladın formulunu kəşf edib. Xüsusi formul sayəsində şokoladlar 40 dərəcə temperaturda 3 saatdan artıq davam gətirə biləcəklər.

Firmada işləyən alimlər şokolada "İstiyə davamlı şokolad" adını veriblər. Bu şokoladın tərkibindəki şəkər hissəcikləri daha kiçik hissələrə ayrılaraq ətrafındakı yağ faizi azaldılıb. Bunun sayəsində şokolad istiyə davamlı vəziyyətə gətirilib.

Normal şərtlər altında 34 dərəcədə əriyən şokolad firmanın ixtirası sayəsində daha isti havada ərimədən qala biləcək.

Firma yeni məhsulunu Hindistan və Braziliya kimi ölkələrdə satacaq.

Big.az