Azərbaycanda məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması qadağan edilir
29.9.2017

"Məzar və sinə daşları barədə yeni qərar qəbul olunacaq".
Bunu Şimal bürosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, yeni qərara görə, qəbirstanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirilməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək: "Bu qaydalar yenilənir və yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Qaydalara görə, qəbirlər üzərində dəbdəbəli daşların qoyulması zamanı ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman İslam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq".
M.Qurbanlı vurğulayıb ki, bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq.

report.az