Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Tədbir Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən təşkil olunacaq.
Tədbirdə müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətlərindən, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər göstərmiş olduğu səmərəli fəaliyyətindən danışılacaq.
Tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
azertag.az