"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında hava əlaqələri və onun gələcək inkişaf perspektivləri müzakirə olunub.
C.Əsgərov və R.Soli Bakı-Düşənbə birbaşa təyyarə reysinin bərpa edilməsi məsələsinə dair fikir mübadiləsi aparıblar. Tərəflər müzakirə olunan məsələlərin həyata keçirilməsi ilə bağlı konkret təkliflər hazırlayıblar.
report.az