Rusiyada yaşayan Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı Emin Ağalarov məşhur “Gremmy” mükafatına namizəddir. Bu barədə xəbər Emin Ağalarovun internet saytında qeyd olunub. E. Ağalarovun namizədliyi bu mükafata “Ən yaxşı debüt” nominasiyası üzrə irəli sürülüb. Azərbaycanlı müğənninin bu mükafata namizədliyi isə Amerikanın tanınmış kinorejissoru və musiqiçisi Devid Linç tərəfindən təklif olunub.
Qeyd edək ki, Emin Ağalarov bu mükafata layiq görülsə, Azərbaycan tarixində bu, bir ilk olacaq.