Təhsil Nazirliyi Azərbaycanda
maarifləndirici televiziyanın – “Təhsil TV”-nin yaradılması ilə bağlı
layihə həyata keçirir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin direktoru Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib
ki, yaxın aylarda yeni layihənin təqdimatı gözlənilir.
Onun sözlərinə görə, hazırda mövzu üzrə çəkilişlərlə məşğul olacaq
studiya ilə müqavilənin imzalanması gözlənilir: “Layihə ilk növbədə
maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet
portalının yaradılmasını nəzərdə tutur. Bu gün nazirlik layihə
çərçivəsində portalda yerləşdiriləcək bir sıra veriliş və dərslərin
çəkilişlərini sifariş edib. Layihənin həyata keçirilməsində məqsəd
ölkədə reallaşdırılan maarifləndirici proqramlar, layihələr və
ümumilikdə təhsil sahəsində baş verən hadisələr haqqında əhaliyə məlumat
verməkdən ibarətdir”.
APA