“Samsung” açılıb-qatlanan smartfon yaradır
2.10.2017

Cənubi Koreyanın “Samsung” şirkətlər qrupunun tərtibatçıları əyilən displeyli telefonunun layihələndirilməsi ilə yanaşı, açılıb-qatlanan smartfonun tərtibatı ilə də məşğuldurlar.

Bəzi çətinliklərə baxmayaraq, yeniliyi artıq gələn il təqdim etmək istəyirlər.

Xüsusilə açılıb-qatlanan smartfonun tərtibatındakı çətinlik layihələndirmə məsələləri ilə bağlıdır. “Samsung” brendinin nümayəndələri bütün təfərrüatları açıqlamaqdan vaz keçiblər. Ancaq qeyd ediblər ki, cihaz bir növ “transformer”ə bənzəyəcək ki, bu da planşet kompüterinə çevrilmək imkanına malik olacaq.


lent.az