Analitiklər 2017-ci ilin sentyabr ayının sonuna ən populyar smartfonların siyahısını tərtib ediblər.
Bu siyahıya “Apple”in yeni modelləri, həmçinin Çin istehsalçılarının smartfonları daxil edilib.
Ən populyar cihaz “iPhone X” elan edilib ki, onun da satışlarına noyabrın əvvəllərindən başlanacaq.
İkinci yeri “iPhone 8” smartfonu, üçüncü yeri Çinin “Bluboo S8” smartfonu tutub ki, bu da “Samsung”un flaqmanının bir nüsxəsidir.
Dördüncü və beşinci yerlərə müvafiq olaraq “Meizu M6” və “Xiaomi Mi MIX 2” smartfonları layiq görülüb. Birinci smartfon möhkəm metal korpusda istehsal edilib. İkincisi iki altı düymlük displeyə və qızılla əhatələnmiş kameraya malikdir.
lent.az