Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyirlər.
Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.
Qeyd edək ki, oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı bilinəcək.
report.az