İl ərzində müxtəlif məqsədlər üçün 45 min kubmetrə qədər oduncaq tədarük olunur
2.10.2017

Respublikanın oduncaq ehtiyatı 150 milyon kubmetrdir. İl ərzində müxtəlif məqsədlər üçün 45 min kubmetrə qədər oduncaq tədarük olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov məxsusi müsahibəsində məlumat verib.

S.Salmanov bildirib ki, meşə fondu torpaqlarının rekreasiya və qısamüddətli istifadəsi ilə bağlı fiziki və hüquqi şəxslərlə 432 müqavilə imzalanıb. Dövlət büdcəsinə 360 min manat pul vəsaitinin köçürülməsi nəzərdə tutulub.

azertag.az