Bakıda Tanqo festivalı keçiriləcək
3.10.2017

Bakıda oktyabrın 4-7-də pulsuz tanqo dərsləri, rəqs performansları və canlı musiqi sədaları ilə Argentina tanqosuna həsr olunmuş beynəlxalq tədbir olan "İlk Bakı Tanqo Festivalı" keçiriləcək.
Festival yerli rəqs məktəbləri olan "I.N. Tango Baku", "Tango ON" və "R&N-Project Dance School"un dəstəyi, "Passage 1901" restoranının sponsorluğu ilə Argentinanın Azərbaycandakı səfirlyi tərəfindən təşkil olunur. Bütün dərslər və tədbirlər pulsuzdur.
Argentina və Gürcüstandan dəvət olunan müəllimlər hər gün yeni başlayanlar üçün dərslər keçəcək.
Yeni başlayanlar üçün dərslərdən dərhal sonra festivalın ən maraqlı hissəsi - Qala Milonqa başlayacaq. Qonaqlar yerli musiqiçilər Aleksey Miltix (violonçel), Ceyla Seyidova (skripka) və Səidə Tağızadənin (piano) müşayəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs edəcəklər. Fasilələr zamanı qonaq və yerli müəllimlər audivizual səhnəni tamamlayaraq qısa rəqs performansları nümayiş etdirəcəklər.

report.az