Kişilər üz xətləri özlərinə bənzəyən qadınları daha cazibədar hesab edirlər. Fransadakı Monpelye Elm İnstitutunun mütəxəssisləri yeni araşdırmalarından sonra bu qənaətə gəliblər. Sən demə güclü cinsin nümayəndəsi göz rəngi, ynağında qəmzə kimi özəllikləri üst üstə düşən qadınlarla birlikdə olmağı üstün tuturlar.
Belə ki, araşdırma çərçivəsində könüllülərə 100 qadının fotosunu göstərib. Onlardan üzərində fotoşopla əməliyyatlar aparılan şəkillərdəki qadınlardan xoşlarına gələnləri seçmək tələb edilib.
Nəticədə kişilərin çoxu özləri ilə eyni göz -saç rəngi, eyni dodaqlara sahib olan qadınları seçiblər. Onlar özlərinə bənzəyən qadınarın daha cəzbedici oldqlarını düşünürlər. En azı bir uşağı olan onlarla cülüyün qatıldığı digər araşdırma da eyni nəticəni verib.
Ümumiyyətlə isə kişilər özlərinə həyat yoldaşı, sevgili seçərkən daha çox fiziki özəlliklərə, qadınlar isə insanlığa, sosial statusuna diqqət edirlər.
ANS PRESS