“Samsung” hər satılan “iPhone X”dan 110 dollar qazanacaq
3.10.2017

“Samsung” şirkəti “iPhone X” smartfonlarının satışında özünün “Galaxy S8” flaqmanının satışından daha çox pul qazanacaq.

Nation-news.ru saytına istinadən verilən məlumata görə, “Counterpoint” şirkətinin analitikləri bu nəticəyə gəliblər ki, “Apple” ilə əməkdaşlıq edən “Samsung” şirkəti hər bir “iPhone X” smartfonunun satışından ən azı 110 dollar pul qazanacaq.

Beləliklə, “Apple” üçün detal istehsalı Cənubi Koreyanın “Samsung” şirkətinə daha çox gəlir gətirəcək, nəinki özünün “Galaxy S8” və “Galaxy S8+” məhsulları üçün detal istehsalından əldə edəcəyi mənfəət. “Samsung” həmçinin “Apple” üçün OLED-ekranlar və batareyalar da istehsal etməyi hazırlaşır.

Analitiklər hesab edirlər ki, 2019-cu ildə “Apple” təxminən 130 milyon ədəd “iPhone X” smartfonu satacaq. Eyni zamanda “Galaxy S8” cihazlarının bütün dünya üzrə satışı 50 milyon ədəddən çox olmayacaq.

lent.az