9 ayda 10 milyon smartfon satdı - “XİAOMİ”DƏN YENİ REKORD
3.10.2017

“Xiaomi” şirkətinin icraçı direktoru Ley Tsun (Lei Jun) şirkətin bütün əməkdaşlarını yeni rekordun qeydə alınması münasibətilə təbrik edib.

Bu ilin sentyabr ayında şirkət 10 milyon ədəddən çox smartfon satışına nail ola bilib.

Bu nailiyyət xüsusilə təsirli görünür. Belə ki, 2015-ci ildə şirkət 70 milyon ədəd smartfon satıb, 2016-cı ildə isə onun satışları 58 milyon ədədə qədər azalıb. Bu ilin 9 ayında satışlar 63 milyon ədəd smartfonu keçib. Ən uğurlu satış vaxtı olan Milad bayramı isə yaxınlaşmadadır.

“Xiaomi”nin bu il üçün satış planları naməlum olaraq qalır. 2018-ci ildə isə şirkət 100 milyondan artıq smartfon satışını planlaşdırılır.

lent.az