Əllərinizə müxtəlif kremlər sürtürsünüz, amma yenə də dırnaqlarınız çox tez qırılır? Elə isə təqdim edəcəyimiz bu maska ilə gözəl və sağlam dırnaqlara qovuşa bilərsiniz.
Limon və zeytun yağı hər şeyə faydalı olduğu kimi, dırnaqlara da yaxşı təsir edəcək.
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı badam yağı
10 damcı limon suyu
Hamısını bir kasada yaxşıca qarışdırın, sonra dırnaqlarınıza və barmaq uclarınıza masaj edərək sürtün. Təxminən yarım saat gözləyin. Sonra əllərinizi yaxşı ovuşduraraq bütün dərinizi yumşalda bilərsiniz.
lent.az