Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə Beynəlxalq caz festivalının açılış mərasimi keçirilib. Sarayın foyesində festivalda çıxış edən caz kollektivlərinin fotoşəkillərindən ibarət sərgi təşkil edilib. Gecədə tanınmış caz ifaçısı xanım Reyçel Ferrelin çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, festival oktyabrın 29-dək davam edəcək.