İtaliyada tədqiqatçılar Leonardo Da Vinçinin ölməz əsəri olan Mona Liza
portretinin arxasındakı mənzərənin yerini tapdıqlarını iddia edirlər.
Urbino Universitetinin geomorfoloqlarından Oliviya Nesci ilə fotoqraf
Rosetta Borçiya İntibah dövrünün başqa rəssamlarından Piyero della
Françeskanın rəsmlərindəki mənzərələri araşdırmaq üçün bölgəyə gedərkən
Mona Liza rəsmindəki mənzərə ilə bənzərliyi kəşf etdiklərini
bildirirlər. Onlar mənzərənin Toskana yaxınlığındakı Senatello və
Marekka çaylarının kəsişdiyi bölgə olduğunu deyirlər.
Eyni zamanda, tədqiqatçılar Mona Lizanın arxasındakı mənzərənin təkcə
bir bölgəyə aid olmadığını, altı fərqli baxışdan bölgədəki görünüşün
birləşdirildiyini də ehtimal edirlər.
Ancaq bu kəşf Mona Liza rəsmindəki mənzərə ətrafındakı müzakirələri
dayandırmayıb. Qeyd edək ki, sənət tarixçilərinin bir hissəsi mənzərənin
"Leonardonun xəyalının məhsulu" olduğunu iddia etdikləri halda,
digərləri onun İtalyanın şimalındakı dağlıq bir bölgə ola biləcəyi
ehtimalını irəli sürürlər.
Trend